Qurban Yaquboğlu: “Ağrılı ahlar kimi günlər axır irəli…”

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu şeirin müəllifinin - Qurban Yaquboğlunun növbəti doğum günü oldu. Onu təbrik  edir, uzun, sağlam və xoşbəxt ömür arzulayır, ondan gözəl şeirlər gözləyirik.

 

Əllərim də çatmır ki,

Öpsün qara saçından.

Harda gecələyim bəs

Ayrılığın ucundan.

 

Ağrılı ahlar kimi

Günlər axır irəli.

Səndən məktublar gəlir,

Atmamısan, deməli.

 

Ora yağsa qar-yağış

Neynərəm sözlərimlə.

Baxaram uzaqlara

Kədərli gözlərimlə.

 

Neynəyərəm görəsən,

Dilin desə sevmirəm.

Bu sevgidi,

Sevgidə

Unudulan bədbəxtdi,

Unudanı bilmirəm...

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)