Şəhidlər barədə şeirlər – Rafiq Heydərov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rafiq Heydərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

 RAFİQ RAHİM OĞLU HEYDƏROV

(01.07.1995.-14.10.2020.)

 

Əslən Kürdəmirdən olan, Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olmuş,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

          

 

                           RAFİQ

 

Torpaq-namus deməkdir, torpaq-qeyrət deməkdir,

Torpaq bizə əmanət,  sonsuz sərvət deməkdir.

Bu torpağın uğrunda, candan keçən oğullar -

Yağını məhv eyləyən, qırıb-biçən oğullar.

Torpaq bizimdir  deyib, atıldılar savaşa,

Hiyləgər kafirlərsə düşdülər bərk təlaşa.

 

Qoçaq Rafiq belə  oğlanlardan biriydi,

Binəqədidə tanınan  aslanlardan biriydi.

Əslən Kürdəmirliydi, Bakıda doğulmuşdu,

Əqidəsi, mayası,  düzlükdən yoğrulmuşdu.

Ziyalı balasıydi,  almışdı ali savad,

Dostları arasında qazanmışdı, hörmət, ad.

 

İdmanı çox sevirdi, cüdoyçuydu uğurlu,

Neçə-neçə yarışda rəqibini udurdu.

Bir beynəlxalq yarışda qızıl medal almışdı,

Finalda ermənini ağlar günə salmışdı.

 

Vətənə əsgər borcun vermişdi ləyaqətlə,

İnanırdı, vaxt  gələr, vuruşub mətanətlə,

Yağıları  qovarıq  doğma torpağımızdan,

Hər gün xoş müjdə gələr  Xan Qarabağımızdan.

 

Başlarkən müharibə, dedi: - çatdı məqamı,

Vaxt yetişib düşməndən alağın intiqamı.

Yazılmışdı könüllü, orduya xoş niyyətlə,

Vuruşurdu qorxmadan, vuruşurdu qeyrətlə.

 

Sevinirdi o, hər gün, azad olduqca torpaq,

Özü bir məntəqəyə sancmışdı  şanlı bayraq.

Döyüşlərin birində, Rafiq canından keçdi,

Özü cənnətə getdi, adı qəlblərə köçdü.

İçdi cəsarət ilə o, şəhidlik şərbətin,

Ailənin tək oğluydu,  oldu oğlu millətin.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)