“Hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının TRİBUNA-sında bu gün tanınmış yazıçı, naşir, pedaqoq Şəmil Sadiqdir. O, ədəbiyyatla dinin vəhdətindən danışır. 

 

Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir.

Bizə məlum olan ilk inancımız tenqriçilikdir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlayıb və hər dəfə alt şüurunda gizlənən türk törəsini islamla çuğlaşdırıb, onu zənginləşdirib. Bütün xalqlar belədir, qəbul etdiyi dini öz ənənəsi ilə yaşadıb. Fars da, ərəb də özü kimi yaşayır dinini, həmçinin də, türklər.

Orta əsrlərdə irfan sahibləri dini milli ruhla təqdim etməyə cəhdlər etsə də, təəssüf ki, sona çatdıra bilməyiblər. Yunis Əmrənin, Nəsiminin, Nəiminin, Xətainin, Bektaşinin bu istiqamətdə gördüyü işlər bir yerdə qırıldı və davamı gəlmədi. Halbuki, onlar dinə yeni rəng qataraq milliləşdirmək və o cür yaşamaq niyyətində idilər. Xətainin qızılbaşlıq inancından sonra XX əsrdə bu arzu bir də Hüseyn Caviddə başladı. Onun da kökünü sovetlər kəsdi. “Tanrının sözünü şairlər çatdırar” inancı insanın düşüncəsində həmişə var və olacaq da, yəqin.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)