Bir sual bir cavab - İbrahim İlyaslı

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

-İbrahim bəy, bir könlü fəth etmək çoxmu çətindir?

 

-Tanrıdan rüsxət olursa, heç bir çətinlik yoxdur. Rüsxət yoxdursa, bu fatehlik iddiası bir ömür ancaq cəhd olaraq qalacaq… Amma bu cəhdin özündə də bir gözəllik var: Ömrə məna qatır.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam.

Göy məni Yerə qısqanar,

Bilsə, necə bəxtiyaram.

 

Nolsun adın Günəş deyil,

Sənə bənddi axşam-səhər.

Sənə nisbət dövr eləyir

Kainatda səyyarələr.

 

Bir kirpiyinə minnətdi

Yerin, Göyün yeddi qatı.

Cəhənnəm olsa, cənnətdi

Sən olan göylərin altı.

 

Bir arılar bilər nədi -

Gül dalının gerçəkləri.

Kimin ətridi süsləyən

Çəmənlərdə çiçəkləri.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam...

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram! 

 

Ədəbiyyat və incəsənət”

(23.02.2024)