POETİK QİRAƏTdə Cəlil Cavanşirin “Əlvida” şeiri

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Cəlil Cavanşir görüşür. 

İroniya ilə “dünyadı da, beş-on günlük, 

bezsən çıxıb gedərsən” deyən şairi dərk etmək üçün ən azı onun ovqatına düşmək gərəkdir. 

 

kimsə halın soruşmursa, soruşmasın sıxılma.

canım-gözüm, öz-özünü ovutmağa yetərsən.

möhkəm dayan öz yerində, bacarırsan yıxılma.

dünyadı da, beş-on günlük, 

bezsən çıxıb gedərsən.

 

çox üzülmə,

guya sənin indiyəcən yaşadığın ömürdü?

vursan, çıxsan ya toplasan:

tək-tük sarsaq xatirə...

onlar da ki zəli kimi ruhunacan sömürdü...

bundan belə nə gərək var, 

həzin, xoşbəxt günlərə?

 

yum gözünü, arxayın ol, unudanlar unutsun.

kim əbədi qalacaq ki, bu xaraba dünyada?

bircə həzin mahnı bəsdir, ya da şeir - 

uyutsun.

qəfil qalxıb deyərsən ki,

mən də getdim, əlvida...

 

Ədəbiyyat və incəsənət”

(21.02.2024)