“İnsanın gizlənə bildiyi yeganə yer öz içidir” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Təcrübə verilə bilmir, yalnız əldə oluna bilir.

 

2.Dilindən minnətdarlıq düşən dara düşməz.

 

3.Həyatına daxil olanları sevinclə qarşılayıb, gedənləri minnətdarlıqla yola salsan, özün məmnun qalacaqsan.

 

4.İnsan həyatı ümidlərin təəssüflərə çevrildiyi bir yoldur.

 

5.Yalnız insandan uzaqlaşanda onu yaxından tanımaq olur.

 

6.Sevimli məşğuliyyəti olan əyləncə axtarmaz.

 

7.İnsan öz pis fikirlərindən yalnız yaxşı əməlləri ilə qurtula bilər.

 

8.İnsanın öz həyatı başqaları üçün yaşayanda başlayır.

 

9.İnsanın gizlənə bildiyi yeganə yer öz içidir.

 

10.Qadın öz azadlığını sevdiyi kişiyə asılılığında görür.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)