POETİK QİRAƏTdə Əkbər Qoşalının "Göy üzünə ulduz səp...” şeiri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə tanınmış şair Əkbər Qoşalı “Göy üzünə ulduz səp…” şeiri ilə görüşür.

 

*

Göy üzünə ulduz səp,

Naxış olsun, İlahi.

Arxamca bir cam su səp,

Yağış olsun, İlahi…

 

“Qaranlıqlar yarılsın”,

Nə sorğun var sorulsun;

Axırımız durulsun,

Alxış olsun, İlahi.

 

Xatirəmi ağ saxla, 

Gözlərimi sağ saxla,

Qoy keçmişdən sabaha

Baxış olsun, İlahi.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)