Ötən gün Kürdəmir rayon Mərkəzi Kitabxanasında “Kür” ədəbi məclisinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin üzvü, Gənclər Şurasının sədri, şair-esseist Fərid Hüseyn ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı ədibin həyatı, yaradıcılığı haqqında fikirlərini bölüşüb. O, Fərid Hüseynin ədəbiyyat sahəsindəki xidmətlərini, yaradıcılığını yüksək dəyərləndirdiyini bildirib.
Daha sonra Fərid Hüseyn Regional İdarənin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisinin üzvlərinin şeirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda müəllif oxucular üçün kitablarını imzalayıb.