“Bizim işığımız bir də görüşməz” - Sahibə Yusifin şeirləri Featured

Rate this item
(10 votes)

GÖZLƏDİM

 

Çox erkən saçıma yağdı bəyaz qar,

Ömrüm zülmətlərin içindən keçdi.

Qəlbim payız oldu, üzümsə bahar,

Göz yaşım gözümdən ovcuma düşdü.

GİZLƏDİM.....

 

Hər acı dəqiqəm, hər acı anım,

Ruhumu canımdan qoparıb getdi.

Xoş gündə yanımda olan dostlarım,

Ən çətin anımda məni tərk etdi.

İZLƏDİM....

 

Mən ruhdan düsmədim, heç vədə, heç vaxt,

Ümid, qaranlıqda işıq axtardı.

Əlimi göylərə açdımsa nə vaxt,

Ovcuma Allahın rəhməti yağdı.

İSTƏDİM ... 

 

O səbir yiyəsi, mən səbir adam,

Şükrüm mükafatım olacaq bir gün.

Məni hər dəqiqə yadına salan,

Qoymaz ki, pərişan, kədərli, üzgün.

HİSSLƏRİM....

 

Hardasa bilirəm dəqiq lap dəqiq,

Sən öz nəfəsinlə yoğurdun məni.

Ruhumun sahibi, vədinə sadiq,

Ən çətin anlarda çağırdım səni.

SƏSLƏDİM....

 

Susaraq anladım, çarəsiz dindim.

Bildim ömür qısa, ömur qaçaraq.

Döndüm çox nadanın başına döndüm,

Səbrimə bir az da səbir qataraq.

GÖZLƏDİM.....

 

 

BİR DƏ GÖRÜŞMƏZ

 

Sənin pəncərəndən süzülən işıq,

Mənim otağımın içinə düşməz.

Elə bağlamışıq pəncərələri,

Bizim ışığımız bir də görüşməz.

 

Mənim pəncərəmdə doğan qaranlıq,

Sənin pəncərəndə görünməz axı..

Qaranlıq işığa can atsa belə,

İşıq qaranlığa sürünməz axı.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)