POETİK QİRAƏTdə Rəfail İncəyurdun “Təəssüf”ü Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Rəfail İncəyurd görüşür.

 

 

Təəssüf

 

Əylən, insan insafına enməyən,

Əylən, ovçu tamahını yenməyən!..

Güllən körpə balasını yemləyən

qurda dəysə, quşa dəysə, heç bir şey…

 

Düz qocalar gərək sala düzgün iz,

Cavanlara nümunə- siz, güzgü- siz.

Cözəllərin atmacası sevgisiz 

ötüb-keçən yaşa dəysə, heç bir şey!

 

…Yaxşı-yaxşı ələdiyin yaxşılıq,

Yaxşılığa bələdiyin yaxşılıq,

Məhəbbətlə elədiyin yaxşılıq

boşa  çıxsa, daşa dəysə, heç bir şey!

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)