POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Var imiş” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür. Bir vaxtlar sevgi şeirləri dillər əzbəri olan, indi nədənsə kölgəyə çəkilən böyük şairdir Musa Ələkbərli. 

 

 

VAR İMİŞ

 

İlk baxışdan üzü gülən

Nə qədər ağlar var imiş.

Ürəknən dil arasında

Keçilməz dağlar var imiş.

 

Yaş ötdükcə qəribsəmə,

Könlünü yurd etmə qəmə.

Keçmişini anıb demə

“Nə gözəl çağlar var imiş.”

 

Göz yaşından dünya gölmüş,

Ölmüş bilmə, Nuhu ölmüş.

Bədənində ruhu ölmüş

Kəfənsiz sağlar var imiş.

 

Musa, sən də ildə, ayda.

Bir şeir yaz... nədir fayda?!

Bu Vətənin özü boyda

Köksündə dağlar var imiş.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)