QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

47-Cİ DƏRC

 

Eduard Abramyanın növbəti fikirləri xüsusi vurğu ilə səsləndirildi:

-”Erməni legionuna xüsusi qəddarlıqları ilə seçilən Qaregin Njde və Drastamat Kanayan başçılıq edirdilər. Bu legionda təkcə SSRİ ordusunun almanlara əsir düşən erməni  əsgərləri xidmət etmirdi, Avropadakı erməni mühacirləri də xidmət edirdi. Onların ayrı-ayrı nümayəndələri hətta Reyxdə rəhbər vəzifələrədək gedib çıxmışdılar. Ştandartanfürer Vartan Saakyan, qruppenfürer Razmik Nazaryan, kapitan Misak Torlakyan belələrindən idi.” 

Mətn bitdikdən sonra Baş Hakim xahiş etdi ki, xarici mənbələrdən erməni legionu barədə daha bir neçə iqtibas səsləndirilsin.

Ardıcıl bir neçə mənbədən faktllar səsləndirildi:

1-ci mənbə Rusiyaya aid idi:

-Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində SSRİ Xalq Daxili İşlər Komissarlığının Rostov vilayət Daxili İşlər İdarəsinin 4-cü bölməsinə raportu Divanda oxunur. Raportda yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov-Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”.

2-ci mənbə İngiltərənin idi:

-İngilis tədqiqatçısı Xrisotor Valkerin “The Survivat of a nation” adlı kitabı Divanda təqdim olunur. Kitabının 357-ci səhifəsində müəllif yazır: “Ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 nəfərdən ibarət qoşun yaratmış və II Dünya müharibəsinə çıxarmışdılar. Onlar müvəqqəti erməni hökuməti qurublarmış, Berlin radiosundan yararlanırlarmış. 19, 20, 21 avqust 1936-cı il tarixli “Hayastan” qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patrikləri - vazgenləri öyrətmişdilər”.

Tamaşaçılar bu sitatı alqışladılar.

3-cü mənbə SSRİ rəhbərliyinə aid idi:

-SSRİ Xalq daxili işlər komissarı Beriyanın müharibənin şiddətli dönəmində SSRİ rəhbəri İosif Stalinə yazdığı məktubu Divanda təqdim olunur. Məktubda qeyd edilir: “Alman ordusu tərəfindən yaradılan erməni legionu casusluq və pozuculuq işləri üçün qırmızı ordunun arxa cəbhəsində bir neçə erməni komitəsi yaradıb müstəqil Ermənistanın təbliği istiqamətində iş aparırlar. Dünya erməniləri Almaniyanın “hərbi ehtiyaclarına” sərf etmək üçün vəsait toplayırlar”.

4-cü mənbə yenidən Abramyan oldu:

-Erməni tarixçisi E. Abramyanın 2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan “Abverdəki Qafqazlılar” adlı kitabı Divanda təqdim olunur. Kitabında müəllif yazır: “Alman Reyxinin himayəsi altında Ermənistan bütün gücü ilə Yaxın Şərqdə alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindəydi. Bu baxımdan, Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri bilirdi. Nasist Almaniyası daşnaklara bütün bu xidmətlərinin qarşılığında həm Türkiyədə bəzi əraziləri, həm də Qarabağı, Naxçıvanı və Axalkələk bölgəsinin bir hissəsini söz vermişdi. Həmçinin müharibə zamanı daşnaklar Qarabağ bölgəsinə yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qruplar və desantlar göndərmişdir”.

Mənbələr oxunduqdan sonra Baş Hakim Njdeyə “Birdən sözünüz olar” sualını ünvanladı, onun qanlı-qanlı baxışlarından heç də xoşlanmayıb sözü Baş ekspertə verdi. Baş ekspert dedi:

-Arxivlərlə tanışlıq zamanı başqa bir olduqca maraqlı fakta rast gəlindi: 1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq ediblər. Erməni gizli agentləri faşist təbliğatını aparır və yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə kömək edirdilər. Nasist partiyasının ideoloqlarından olan Alfred Rozenberq 1926-1936-cı illər arasında SSRİ-nin Şərqşünaslıq İnstitutunun başçısı olan doktor Artaşes Abegyana ermənilərin antropologiyasını və tarixini tədqiq etmək üçün komissiya yaratmağı tapşırmışdı. Ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya müharibəsində almanlarla ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan dövləti yaratsınlar. Ona görə də bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət - “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər.

Prosesin bu yerində yaşlı hakim “erməni legionlarının satqınlığı” mövzusunda faktların açılması üçün vəsadət qaldırdı, bu, Baş Hakimin özünə belə təəccüblü gəldi. O, təəccübünü belə ifadə etdi:

-Necə? Bunlar façistlərə satılıb, təzədən façistləri də satıblar?

Bu mövzu barədə arayışı da Baş ekspert özü təqdim etdi:

-Bəli, hətta faşizmə xidmət edən erməni legionları belə erməni millətçiliyinə xas olan satqınlıq və xəyanətdən uzaq ola bilməmişdi. Belə ki, tərkibində 916 erməni olan 808-ci piyada batalyonu Tuapse uğrunda döyüş zamanı rusların üstünlüyünü sezib güllə atmağı dayandıraraq onların tərəfinə keçmək qərarı qəbul etmişdir. Amma döyüşü hər halda almanlar qazanmış, erməniləri satqınlığına görə Vermaxt cəzalandırmışdı. Onların silahları əllərindən alınmış, hamısı təmir-tikinti işlərinə cəlb olunmuşdu.

Hətta ermənilərin ən məşhur batalyonu olan 809-cu batalyonu da sonda satqınlıq aqibəti gözləmişdi. Belə ki, Normandiya döyüşündə müttəfiqlərin ordusu tərəfindən darmadağın olan 809-çular təslim olub müttəfiqlərin bayrağı altına keçmişdilər.

Növbə Njdenin həbsinə gəldi, Baş Hakim Baş ekspertdən bu barədə bilgi verilməsini xahiş etdi. Baş ekspertin yenə özünün əziyyətə qatlaşmasını gördükdə ona söylədi ki, bayaqdan əziyyət çəkirsiniz, yorulmusunuz, qoy yükü gənclər çəksinlər.

Amma Baş ekspert buna razı olmayıb növbəti mətni oxumağa başladı:

-General Qaregin Njdenin – Ter-Harutyunyanın almanların Berlində yaratdığı “Erməni Milli Şurasının” üzvü kimi xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olmasına görə 2 noyabr 1944-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə həbs edilərək istintaqa cəlb edilməsi barədə məlumat sənədlərdə bu cürdür: İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Harutyunyan 1908- ci ildən 1937-ci ilə qədər Daşnaksütun partiyasının üzvü olmuş, 1918-ci ildə daşnak hökuməti tərəfindən millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurdakı silahlı qüvvələrinin komandanı, 1921-ci ildən isə Azərbaycan ərazisində yenicə təşkil edilmiş Ermənistan hökumətinin baş naziri olaraq sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Bu şəxs necə ki, minlərlə türkün, azərbaycanlının qətlini həyata keçirmişdir, eləcə də öz millətinin kommunist olan minlərlə üzvünə divan tutmuşdur. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun komandirləri həbs olunmuş və güllələnmişdir. Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. Sonrakı döyüşlərdə məğlub olan və Almaniyaya qaçan Ter-Harutyunyan alman kəşfiyyatçısı, mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur. O, özünün köməkçisi olan Hayk Asatryanın vasitəsilə Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə gətirmişdir. Burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər. Onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi. Alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar daxildə üsyan qaldırmalı idilər. Faşistlərə işləyən 6 nəfər erməni isə paraşütlə Azərbaycana atılmışdı. Lakin onlar Gəncədə, Xanlarda və Dəstəfurda tutularaq ifşa edilmışdilər.

Baş Hakim prosesin növbəti hissəsini elan etdi:

-İndi də xahiş edirəm ki, ekspertlər Njdenin, ümumən erməni nasistlərinin yəhudilərin əleyhinə yönəlmiş fəaliyyətlərindən ayrıca danışsınlar.

Təbii ki, Baş ekspert bu arayışı da məhz özü oxumaq üçün tribunaya qalxdı. Amma bir neçə dəfə buna cəhd eləsə də oxuya bilmədi, ürəyinin ağrısı doğma xalqına qarşı yönəli ürəkdağlayıcı xəbərləri oxumasına imkan vermədi. Ona su içirtdilər və keçib yerində əyləşməsini təmin etdilər. Mətni isə gənc norveçli ekspert oxudu:

-Bir qədər öncə bu tribunadan ingilis tədqiqatçısı Xrisotor Valkerin “The Survivat of a nation” adlı kitabında yer almış “19, 20, 21 avqust 1936-cı il tarixli “Hayastan” qəzetində erməni müəlliflər yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər” cümləsi səsləndi. Bəli, erməni nasistləri yəhudi millətinə belə yanaşmış, 2-ci dünya müharibəsində bu xalqın fiziki məhvinə yönəli aksiyalara öz töhfələrini vermişlər. 1942-ci ilin sonlarında Erməni Milli Şurasının erməni legionu ilə birləşməsi. nəticəsində II Dünya müharibəsində erməni batalyonları çox sayda yəhudinin qırılmasında əsas rollardan birini oynadılar. Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda hərbi polis kimi istifadə olunurdu. Erməni əsgərlərə almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi.

“Ermənistanın yəhudi icması II Dünya müharibəsi zamanı Vermaxtın tərkibindəki 20000 (30000) nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb”. Bu açıqlama ilə isə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “The Algemeiner” qəzetində çıxış edib.

Ermənilərin casusluq fəaliyyəti üçün “Aynxait Şturm” qrupu yaradılmışdı ki, onlar sovet ordusuna arxadan zərbə vurmağın yollarını axtarmaqla yanaşı, əsirlərin içərisində yəhudiləri aşkar etməli idilər. Bu qrupla yanaşı 106 saylı oberqrup yaradılmışdı ki, Stepanyan və Sərkisyan adlı iki erməni ona rəhbərlik edirdi.

Ermənilərin 2-ci dünya müharibəsində faşistlərin kölgəsinə sığınaraq yəhudilərə divan tutmasını öz xadimləri də təsdiqləyiblər. “Modus Vivendi” təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdir və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar. Biz də II Dünya müharibəsində onlardan öz qisasımızı aldıq.”

Bu yerdə yaşlı hakim Baş Hakimin icazəsi ilə müttəhimə bir sual ünvanladı...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)