Anarın 85 illiyinə həsr edilmiş hekayə müsabiqəsinin 8 finalçısı bəlli oldu Featured

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi və “Şirvan” Xeyriyyə Cəmiyyətinin təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb. Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıları təqdim edirik:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

 

Qalib və mükafatçılar noyabrın ikinci yarısında elan olunacaqlar. Onlara pul mükafatları və Diplomlar yubilyar tərəfindən təqdim ediləcək.

Ötən gündən etibarən, “Ədəbiyyat və incəsənət” portalı 8 finalçının  hekayələrini dərc etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)