POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Səni kimə tapşırım” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında  Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin şeirlərinin dərcini yekunlaşdırırıq. Bu gün “Səni kimə tapşırım” şeiri təqdim edilir.

 

 

SƏNİ KİMƏ TAPŞIRIM

 

Səni kimə tapşırım,

harda bəsləyim səni,

Sarı simə tapşırım,

tarda bəsləyim səni.

Gəzdirim pərdə-pərdə,

dinləsin göydə, yerdə,

Çahargahda, Şüştərdə,

Şurda bəsləyim səni.

 

Bu saf, təmiz eşqimiz

ay kimi, günəş kimi...

Qon gözümə yaş kimi,

torda bəsləyim səni.

Ürəyim dar qəfəsdə,

can üstə, son nəfəsdə,

Bir salamat yer göstər,

orda bəsləyim səni.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.