“Ədəbiyyat və incəsənət”in Siz bilirdinizmi? rubrikasında bu gün bir zamanların ən çox kitabı satılan yazıçısı Əlibala Hacızadə barədə bir fakt açıqlanacaq. Söhbət ondan gedir ki, “İtkin gəlin” trilogiyasını yazan tanınmış yazıçı həm də gözəl şeirlər yazırmış.
Onun şeirıərindən birini - “Yandı məktublarım”ı diqqətinizə çatdırırıq.
Yandı məktublarım...Sən yandırdın, sən,
Bilmədim bu səndə nə həvəs idi?
Yaralı könlümə yaralar vurdun,
Mənə əzabların, gülüm, bəs idi.
Yandı ürəyimin səsi, fəryadı,
Gözümdən sel-sular axıb çağladı.
Ömürümün sütunu qopub laxladı,
Mən sonra anladım o nə səs idi.
Ağladım, dözmədim göz yaşına mən,
Səni bağışladım candan ürəkdən,
Peşəm yanmaq olub, özün bilirsən,
Taleyim əzəldən mənim nəhs idi.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)