Bakı, 105 Featured

Rate this item
(3 votes)

Murat Vəlixanov, “Ədəbiyyat və incəsənət” üçün

 

 

1-Cİ PƏRDƏ 

İstanbul şəhəri, 14 Sentyabr 1918-ci il.

 

M:Əsgər, dərhal Nuri Paşanın çağırın!

A:Oldu, Paşam!

N:Paşa həzrətləri, məni əmr etmisiniz.

M:Gəl, Nuru paşam. Gün doğmadan Bakıda olun bütün təchizatınızla birlikdə. Azərbaycanlı qardaşlarımızın yanında olun. Bakını rus işğalçılarından təmizləmək şərtdir. Qida, silah, nə qədər əskiklik varsa tamamlansın. 

N:Baş üstə, Paşa həzrətləri.

 

 

2-Cİ PƏRDƏ 

Bakı şəhəri, 15 Sentyabr 1918-ci il.

 

Ə:Yoldaş Mehmandarov, artıq mərmimiz bitir. Azadlıq mübarizəmiz deyəsən son mərmimizlə birlikdə bitəcək. 

S:Yox, yoldaş Şıxlinski, səhviniz var. Biz ölsək də mübarizəmiz ölməyəcək. Bizdən sonrakılar bu mübarizəni dvam etdirəcək. Mən əminəm ki, bizim verdiyimiz bu haqq savaşının ardı hələ gələcək. Haqqını halal et, yoldaş Şıxlinski, mənim dəyərli silahdaşım. 

Elə bu vaxt arxadan gələn səs Səmədbəy Mehmandarov və Əliağa Şıxlinskinin tükənmiş ümidlərini yenidən közərtdi. 

N:Geri addım atmaq bizim qanımızda var, qardaşlar? Yorulmaq Türkə yaraşarmı heç? 

S:Nuru paşa. Xoş gəldiniz, qardaş. 

Ş:Türkün baş tacı, yıxılmaz dirəyi Nuru Paşa. Xoş gəldiniz qardaş.

N:Xoş gördük, qardaşlar. Eşitdik ki, qardaşlarımız haqq savaşı uğrunda ayağa qalxıb, bu yolda bizim də dəstəyimiz olsun istədik. 

S:Tam vaxtında gəldiniz, qardaş. Bizim  əlimiz hər yerdən üzülmüşdü. Tam vaxtında yetişdiniz. 

N:Elə də olmalıdır, qardaşım. Türkün türkdən başqa dostu-sirdaşı yoxdur. Deyin hələ, haradan başlayırıq? 

Ş:Şəhərin əsas nöqtəsi qala qapısı və dənizkənarıdı. O istiqamətlər güclü şəkildə müdafiə olunur. Ordan  şəhərə daxil olmaq çətin olacaq.

N:Türkün haqq savaşının asan olduğu harda görülüb, cənab Şıxlinski? Dənizkənarından hücum edib əvvəlcə ön tərəfdəki birlikləri geri sovuracağıq, ardınca bütün gücümüzlə hücum edib qala divarlarına qədər  irəliləyəcəyik. İndi dayansaq bu fürsət bir daha əlimizə keçməyəcək. Uca  ALLAHIN izni ilə Qafqaz-İslam ordusu bu xaçlıları yerlə yeksan edəcək və günəş ikinci dəfə doğmamış Bakımız sahibinə qovuşacaq. 

S:Amin İnşallah, Nuru Paşam!

N:Bismillah. Qəzamız mübarək, ALLAH yardımçımız olsun!

 

Gərgin keçən döyüşlər zamanı Bakı Şəhəri sentaybrın 15-i axşam saatlarında azadlığına qovuşdu. Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi. 

 

N:Qardaş bunlar qaçır, mən şanlı Azərbaycan bayrağını Bakının Qala divarlarına sancacağam. 

Ş:Nuru Paşa, gözlə birlikdə gedək, bu soysuzlar pusqu qurar, birdən. 

N:Boş ver, qardaşım, bunların pusqu quracaq halı qalmayıb. Mən gedirəm qoruma atəşi aç. 

S:Nuru paşa. Paşanı qoruyun.  

N:Ay qansızlar gəlin. Türkə aid olana göz dikənin gözünü oyub yerinə duzu basarıq ALLAHIN İZNİ İLƏ. 

 

Arxadan atılan mərmilərdən birinin qəlpəsi Nuru paşanın kürəyinə dəyir. 

 

S:Nuru Paşa, qardaş səbrli ol, sən sağalacaqsan, hələ yolumuz uzundu. Səninlə birgə hələ Zəngəzura, İrəvana gedəciyik. 

N:Gedəcəyik, əlbəttə gedəcəyik. Biz bu bolşevik-daşnak tör-töküntülərini sonuncusuna kimi yox edəcəyik. RƏBBİM çoxumuza vətən torpağında şəhid olmağı nəsib etdi. Onların da arzularını biz həyata keçirəcəyik. ƏŞHƏDÜ ƏN LA İLAHƏ İLALLAH VƏ ƏŞHƏDÜ ƏN LA MUHAMMEDƏN ABDUHU VƏ RƏSULULLAH. 

Ş:Məkanları cənnət olsun, qardaş. Yoldaş Mehmandarov, Mustafa Kamal Paşaya dərhal məktub yazılmalıdır. Həm qələbənin sevincini bölüşmək üçün, həm də  şəhidlərimizin nəəşini təhvil vermək üçün. 

S:Düzdü, yoldaş Şıxlinski, tez Mustafa Kamal Paşaya məktub yazaraq onu vəziyyətdən xəbərdar edin. 

 

 

3-CÜ PƏRDƏ 

İstanbul, 17 Sentyabr 1918-ci il. 

 

M:Çox şükür, azərbaycanlı qardaşlarımızın vətən həsrəti sona yetmişdir və bu haqq savaşında Qafqaz-İslam ordusunun 1130 igidi şəhid  olmuşdur. ALLAH şəhidlərimizə rəhmət eləsin. AMİN. 

 

 

4-CÜ PƏRDƏ 

Hadisələrdən 105 il sonra, 15 sentyabr 2023-cü il, Bakı, 1-ci Fəxri Xiyaban.

 

M:Ata, bura haradır? 

P:Bura aldığımız nəfəsi, içdiyimiz suyu, yediyimiz çörəyi borclu olduğumuz şəhidlərimizin uyuduğu yerdir, Murad. Düz 105 il əvvəl 1918-ci il Sentyabrın 15-ində Qafqaz-islam ordusu Bakıya daxil oldu və erməni-rus qoşunlarını məğlub edərək Bakını işğaldan azad etdi və elə həmin il Bakı şanlı Azərbaycanımızın paytaxtı oldu. Qafqaz-İslam ordusunun komandanı Nuru Paşa Bakıda şəhid olub. İndi mənə söz ver, Murad. Söz ver: Torpağın üçün, vətənin üçün canını qanını əsirgəməyəcəksən. Lazım gələrsə bu yolda şəhid olmaqdan belə qaçmayacaqsan. 

M:Söz verirəm, ata, mən də hamı kimi bu vətənin, millətin, bu torpağın uğrunda canımı-qanımı fəda edəcəm, sənə, milllətimə layiq oğul olacam. 

P:Afərin mənim oğluma. Səninlə fəxr edirəm. 

 

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)