“Saçlarıma ulduz kimi dən yağıb…” - POETİK QİRAƏTdə Aysel Fikrət Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Aysel Fikrətin redaktorlarımız tərəfindən çox bəyənilən “Saçlarıma ulduz kimi dən yağıb…” şeiri təqdim ediləcək. 

Unutmayın, Aysel xanım böyük şairimiz Fikrət Sadığın qızıdır. 

 

Saçlarıma ulduz kimi dən yağıb, 

Qocalıram bu dünyanın xətrinə,

Könlüm daha zil ötəni bəm sayır,

Başa düşmür söhbəti nə, xətri nə.

 

Sıx meşədə bir canavar uladı,

Qoca qarı eşitmədi, bilmədi.

Yalqızlıği düşəcəkdi yadına, 

Bilmədi ki, göz yaşını silmədi.

 

Büküb dördkünc gül qoxulu yaylığın,

Itkin düşən balasına səsləndi. 

Dağ-dərələr utandilar bu ahdan,

Göy yamaclar göz yaşına süsləndi.

 

Qaytarırdı quzuları çobanlar,

Yağış yağıb dağ yolunu kəsirdi.

Qocalmağa bir addımdır bu aləm, 

Ürəyimdə bir cavan qız pəs edir.

 

Boz rənginə bürünməmiş bu dünya, 

Pəmbələri gozlərindən at, getsin.

Yaqis yağır, unut bəri-bərəni,

Pəncərəni möhkəm bağla, yat, getsin.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)