QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

17-Cİ DƏRC

 

Demək, qatil Almazyan Zaven Sarkisoviç. 1969-1970-ci illərdə SSRİ-nin Rostov-na-donu adlı rus və Voroşilovqrad adlı ukrain şəhərlərində seriya qətlləri həyata keçirmişdir. Peşəcə yükdaşıyan olan, “polad barmaqlı”, habelə “Voroşilovqrad manyakı” təxəllüslü bu şəxs qadınlara qarşı seksual hərəkətlər edib sonra onları boğub öldürürmüş. O, həm də nekrofil idi, meyitlərə qarşı seksual istək nümayiş etdirirmiş. 1970-ci ildə 23 yaşında ölüm cəzasına məhkum olunub.

Asatryan Valeriy Qeorqieviç. “Ölüm rejissoru” təxəllüslü bu seriya qatili və pedofil doğulduğu Yerevan şəhərindən Rusiyanın baş şəhəri Moskvaya köçərək 1988-ci-1990-cı illərdə orada Nabokovun “Lolita” əsərinin qəhrəmanlarını seksual cəhətdən yamsılamaqla qətllər həyata keçirirmiş. 1996-cı ildə 38 yaşında ölüm cəzası almışdır.

İonesyan Vladimir Mixayloviç. SSRİ-nin adı ictimai rezonans doğurmuş ilk seriya qatillərindən biri. “Mosqaz” təxəllüslü bu şəxs evlərə Moskva qaz idarəsinin əməkdaşı kimi daxil olub qətllər və soyğunçuluq törədirdi. Uzun illər onun adı şəhər sakinləri üçün qorxu və vahimə yaradırdı. Maraqlıdır ki, bu manyak qatil Orenburq şəhər musiqili komediya teatrının aktyoru idi. Ayağında xüsusi qəddarlıqla seçilən 5 qətl hadisəsi var idi. 1964-cü ildə 27 yaşında ona qarşı güllələnmə hökmü icra edilmişdir. Onun müdhiş cinayətləri bir neçə bədii və sənədli filmlərdə lentə alınaraq böyük tamaşaçı kütləsi qazanmışdır.

Qonşum çox istəyirdi ki, məişət cinayətkarları sayılmaları səbəbindən Böyük Divanda mühakimələri baş tutmayacaq bu şəxslərin adları və cinayətləri, hər halda burada səslənsin, tamaşaçılar erməni cinayətləri barədə səthi yox, tam məlumatlı olsunlar. Budur, onun istəyi həyata keçdi. Mən də öz adımdan və qonşumun adından Divana, möhtərəm Baş Hakimimizə bizə tribuna verdiyi üçün minnətdarlıq bildirirəm.

Gənc hakim çıxışını bitirib auditoriyada hədəflərinə qarşı yaratdığı nifrət dalğasını seyr edə-edə yerində əyləşdi, xeyli rahatlandığını hiss etdi.

 Prosesin davamı Şaxrikyanın növbəti etiraz sədaları ilə gəldi:

-Gedin həmin o Mosqaz deyilən caniyə divan qurun, mən ziyalıyam. Onsuz da bir dəfə haqsızlığa məruz qalıb məhkəməsiz-filansız qəddar türklər tərəfindən edam olunmuş, işıqlı dünyadan köç etmişəm. Barı, qoyun bu Axirət dünyasındasa rahat yaşayım.

Yaşlı hakim onun cavabını yerindəncə verdi:

-Cənab Şaxrikyan, doğrudan siz günahınızın nə olduğunu bilmirsiniz? Sizin əliniz Osmanlı İmperiyasında yaşayan on minlərlə türkün qanına batıb. Üstəlik, sizin ideoloqu olduğunuz “Osmanlıda erməni muxtariyyatı” hərəkatı, ondan doğan antitürk qiyamları öz həmvətənlilərinizə də ağır zərbələr vurub, iki xalq arasındakı münasibət tam düşmənçilik səviyyəsinə çatıb, müdafiə məqsədi ilə Osmanlı dövləti həmvətənlilərinizi sürgün etməyə məcbur olub, dinc ermənilər Suriyanın çöllərində qırılmağa məhkum olublar. Bütün günahlar sizindir, cənab Şaxrikyan!

Şaxrikyan yaylıq çıxarıb gözünün yaşını sildi:

-Zatən ağlamıram, gözümə mirvari suyu yığılır, mənə əziyyət verir. Demək, möhtərəm hakim, əgər məqsədiniz obyektiv Divan qurmaqdırsa, gəlin mən sizə bir sirr açım. 1915-ci illərdə Osmanlıda türklərin qətliamını əsasən Hamazaspın, Dar Pastirmaçiyanın, Andronikin, Karakinin, Hayk Liantsın və Kerinin komandanlığı altında erməni dəstələri həyata keçirdiyindən, siz məhz bu şəxsləri müttəhimlər kürsüsündə oturtmalısınız, mən zavallını yox.

Baş Hakim ona düzəliş etdi:

-Hamazaspın adı Quba qətliamında, Andronikin adı Zəngəzur qaətliamında keçir, hər ikisi Divanın hökmünə məruz qalacaqlar. Siz özünüzdən danışın.

Şaxrikyan heç cür təslim olmaq istəmirdi:

-Möhtərəm hakim, yaxşı, bəs Osmanlı parlamentinin deputatı, "Hnçaq" terror təşkilatının ideoloqu Stepan Ter Danielyan necə? Əsas fiqur odur, məndə təkzibedilməz faktlar var, onun şəxsən törətdikləri barədə. Bu adama türklər şərəf verdilər, deputat seçdilər, amma o...

Hakim onun sözünü kəsdi:

-Cənab Şaxrikyan, Ter Danielyan da Osmanlıdakı türk qırğınlarının təşkilatçılarından olub, amma bu ittiham prosesinə Divan məhz sizi seçib, çünki mənbələrdə ən çox sizin adınız hallanır, siz daha iri fiqur olmusunuz, əliniz daha çox qana batıb. Hətta qaniçənliyinizin və vəhşiliyinizin masştabına görə Atom ləqəbi almısınız.

Şaxrikyan iniltili səs çıxartdı:

-Mən heç nə etməmişəm.

-Bəs atom ləqəbi?

-Bunu fizika elmində axtarışlar apardığım üçün mənə veriblər.

-Xeyir, sizin fizikaya heç bir dəxliniz yoxdur. Siz atom kimi dağıdıcı olduğunuz üçün bu adı almısınız.

Tamaşaçı alqışları altında diktor mətni davam etdi:

-Osmanlı təbəəsi olmuş bu şəxs tarixdə ən qatı türk düşməni olan ermənilərdən biri kimi qalıb. 1860-cı ildə Osmanlı İmperiyasının Sivas vilayətinin Şapin-Karahisar şəhərində dünyaya gəlib. Erməni milli-azadlıq hərəkatının ən məşhur üzvlərindən biri, hüquqşünas, ”Erməni məsələsi” traktatının müəllifidir. Nitra və Atom təxəllüsləri ilə tanınıb. Konstantinopolda Mərkəzi erməni kollecini bitirib, ardınca Konstantinopol Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra 1889-1895–ci illərdə Trapezundda hüquqşünas işləyib, tədricən vəkilliyə başlayıb. Həyatı boyu onlarca erməni millətçisinin siyası proseslərdə vəkili olub. Siyası fəaliyyəti Daşnaksütun partiyası ilə bağlıdır. Eləcə də cinayətləri.

Şaxrikyan iniltili səs çıxartdı və yenidən diktor mətnini kəsmiş oldu:

-Mən heç nə etməmişəm.

Hakim “Təqsirsizlik prezumpsiyası deyilən anlayış var, prosesdə cinayətiniz sübut olunmasa siz azad ediləcək, sizdən üzr istəniləcək”- deyə onu susmağa məcbur etmək istədi. Şaxrikyanın növbəti “Mənə dəyən maddi və mənəvi ziyan da kompensə olunsun” sözləri isə diktor mətninin gurluğu altında qalıb it-bat oldu.

-1895-ci ildə baş vermiş Həmidiyyə qətliamı zamanı Şaxrikyan Osmanlı jandarmeriyası tərəfindən həbs edilmiş, 13 ay həbsxana həyatı yaşamışdır. 1897-ci ildə həbsdən qaçaraq Rusiyaya - Batumiyə, oradan da Tiflisə keçmişdir. Tezliklə Daşnaksütun partiyasının göstərişi ilə İranın Səlmas vilayətinə getmiş, orada millətçi Xanasor yürüşünü təşkil etmişdir. Partiyanın 1899-cu il konqresində Şaxrikyan vəzifə alaraq partiyanın Bakı bürosunun rəhbəri təyin olunmuşdur. Çarizmin təşkil etdiyi 1905-ci il erməni-müsəlman davasında ermənilərin silahlandırılmasında şəxsən əsas rol oynamışdır. Türkiyədəki Gənc Türklər inqilabından sonra oraya qayıtmış, gənctürklərin ermənilərə verdikləri imtiyazdan istifadə edərək aktiv siyası fəaliyyətini davam etdirmişdir. Erməni Milli Yığıncağına Üsküdərdən deputat seçilmişdir. Həmin dönəmdə o, “Azatamart” qəzeti üçün millətçi məqalələr də yazmışdır. 2-ci dünya müharibəsində rus və ingilislərin Osmanlı ilə müharibəsi fonunda Şərqi Osmanlıda “Böyük Ermənistan” qurmaq xülyası ilə Şaxrikyan ideoloji iş aparmış, qətliamların törədicisi kimi tanınmışdır. 1915-ci ildə Osmanlı hökumətinin qərarı ilə edam olunmuşdur.

Şaxrikyan yenə ucadan danışmağa cəhd etdi, amma onun mikrofonunu söndürdülər, Baş Hakim sözə başladı:

-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Prosesimizin ən maraqlı məqamlarından birinə çatmışıq. Osmanlıda erməni məsələsi. Günü bu gün də bu mövzu dünyanın gündəmindədir. Divanın əvvəlki iclaslarında qeyd edildi ki, ermənilər “Böyük Ermənistan” deyərək öz əzəmətlərini nümayiş etdirməklə yanaşı “erməni genosidi” deməklə göz yaşı da axıdırlar. Bu hər iki rıçaq onların türklərə qənim kəsilməkçün əsas silahıdır. Yəni, loru dillə desək, hər iki halda onlar öz dəlləkliklərini türklərin üzərində eləyirlər. Birinci mövzu ilə bağlı kifayət qədər Divanımızda danışıldı, davamı da gələcək, bu gün ikinci mövzuya keçid edəcəyik. Nədir bu “erməni genosidi”? Diqqət etsək görərik ki, ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, beynəlxalq ictimaiyyətdə özləri haqqında "əzabkeş millət" imici formalaşdırmaq üçün uzun onilliklərdir ki, “erməni genosidi”ndən yapışırlar, hər il aprelin 24-nü "erməni genosidi günü” kimi qeyd etməkdədirlər. Niyə bəs 1915-ci il? Birinci dünya müharibəsi dövründə - 1915-ci ildə guya Osmanlı türkləri onları "soyqırımı"na məruz qoyub. Halbuki arasında yaşadıqları xalqlara qarşı daim düşmən mövqedə dayandıqlarının, satqınlıq və riyakarlıqlarının, törətdikləri cinayətkar aksiyaların, millətlərarası münaqişələrin əsas qızışdırıcıları qismində çıxış etdiklərinin qarşılığında bu millətə xüsusi status verən, dillərinə, dinlərinə hörmət və ehtiramla yanaşan, hüquqlarını qoruyan məhz Osmanlı imperiyası olub. O vaxt planetimizin ən nəhəng imperiyalarından biri olan, qədim və zəngin dövlətçilik mədəniyyətinə malik bu qüdrətli ölkə bir tərəfdən çar Rusiyasının, digər tərəfdən İngiltərənin hücumlarına məruz qaldı. Bu məqamda  iç dünyaları xəyanət mənbəyi olan erməni millətçilərinin siması dərhal üzə çıxdı. "Böyük Ermənistan" arzularını reallaşdırmaq üçün rus çarı II Nikolayın yağlı vədlərinə aldanan Anadolu erməniləri türklərə qarşı sürətlə silahlanmağa başladılar və bu silahlanma həmin ərazilərdə yüz minlərlə dinc müsəlman əhalisinin kütləvi qırğınları ilə sonuclandı. Mən sözü ekspertlərə verirəm. İlk arayış ermənilərin antitürk meyillərinin başlaması barədə olsun mümkünsə.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)