Müharibə şairi Elvin İntiqamoğlunun şeirləri Serbiya ədəbi saytında


Şairə Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ədəbi layihəsində yer alan "İgidlərin sözü" antologiyasında təmsil olunan müharibə iştirakçıları-şairlərdən Elvin İntiqamoğlu “Zəfər günü” münasibətilə Bakı Muğam Mərkəzində düzənlənən qiraət  gecəsində şəhid tağım komandiri,  baş leytenant Emil Əsədova ithaf etdiyi "Qaya 11" şeirini səsləndirmiş, diqqət cəlb etmişdi. Şairin vətənpərvərlik şeirlərində lirik və
sərt tonların çulğalaşması xüsusi effekt verirdi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, artıq gənc şairin şeirləri respublikamızın hüdudlarından kənara da çıxmağa başlayıb. Belə ki, bu günlərdə Serbiyanın poetryzinemag.com ədəbi saytında onun qısa tərcümeyi-halı və üç şeiri -  "Tanımadığım tanış", "Ölümümdən bir gün qabaq" və "Qadınsız şərab" saytın baş redaktoru Ana Stjelja xanımın təqdimatı ilə ingilis dilində dərc edilmişdir.
Elvin bəyə bol uğurlar arzulayırıq!