QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

7-Cİ DƏRC

 

... Bir kişi diktor səhnəyə çıxıb sözügedən arayışı oxumağa başladı:

-2020-ci ilin bugünkü durumuna görə dünyanın ən varlı erməniləri barədə arayışı təqdim edirik. Bunların sayı 10-dur.

10. Ruben Vardanyan, yaşayış yeri: Ermənistan. İnvestor, “Troyka dialoq broker” kompaniyasının yaradıcısı, KamAZ-ın direktorlar şurasının üzvü, sərvəti 1 milyard dollardır. Xeyriyyəçidir. Xüsusən erməni uşaqlarının Avropada təhsil alması üçün milyonlar xərcləyir.

9. Kerolin Rafaelyan, yaşayış yeri: ABŞ. “Alex and Ani” brendinin yaradıcısı, Birləşmiş Ştatların ən varlı zərgəridir, qatı millətçidir, dünyaca məşhur brendində belə erməni kəlməsi (“Ani”) var, sərvəti 1 milyard dollardır. Xeyriyyəçidir.

8. Kayli Djenner, yaşayış yeri: ABŞ. Model, biznesvumen, Kim Qardaşyanın kiçik bacısı, dünyanın ən gənc xanım milyardçısı, sərvəti 1, 66 milyard dollardır. Millətçi və xeyriyyəçidir.

7. Eduardo Ernikyan, yaşayış yeri: Argentina. “Beynəlxalq Argentina aeroportu” kompaniyasının rəhbəri, 32 Argentina aeroportu, eləcə də Uruqvay, Ekvador və Ermənistan aeroportunu bu kompaniya idarə edir. Argentinanın ən varlı şəxsi, Cənubi Amerikanın ən varlı 5 şəxsindən biridir. Sərvəti 1,8 milyard dollardır. Bu şəxs mütəmadi Latın Amerikası ölkələrindəki  erməni icmalarına, eləcə də Ermənistanın və Dağlıq Qarabağın müxtəlif dirçəliş fondlarına böyük maliyyə yardımları edir.

6. Danil Xaçaturov, yaşayış yeri: Rusiya. “Rosqosstrax” kompaniyasının prezidenti, 3,3 milyard dollar sərvətlə Rusiyanın ən varlı ailələri sırasında yer alır. Tanınmış erməni xeyriyyəşisidir.

5. Samvel Karapetyan, yaşayış yeri: Rusiya. Daşınmaz əmlak bazarının kralı. 5,1 milyard dollar sərvəti var. Əfsanəvi milyardçı erməni Kerkoryanı ilk dəfə sərvətinə görə məhz o geridə qoyub. Karapetyan “Taşir” qrupuna rəhbərlik edir. O, ümumerməni “Hayastan” Fondunun direktorlar şurasına daxildir. Fonda 1 milyon dollar ödədiyinə görə bu şərəfə nail olub. Böyük xeyriyyəçi və millətçidir.

4. Serj Çuruk, yaşayış yeri: Fransa. Uzun illər “Total” neft-qaz kompaniyasına, “Alkatel” mobil rabitə kompaniyasına və digər iri Fransa kompaniyalarına başçılıq etmişdir, sərvəti 10 milyard dollardır. Erməni xalqının maraqlarını maddi cəhətdən daim təmin edir, qatı millətçidir, hətta həyatında gedib bir müddət Qriqoryan monastırında yaşaması dönəmi də olub.

3. Sergey Qalitskiy, yaşayış yeri: Rusiya. Əsl soyadı Arutyunyandır, VTB bankı müşahidə şurasının üzvü, “Maqnit” pərəkəndə satış şəbəkəsinin sahibi, “Krasnodar” futbol klubunun sahibidır. “Forbes” onun sərvətini 10,3 milyard dollar göstərir, erməni fondlarının xeyriyyəçisidir.

2. Stiven Kandaryan, ABŞ. “Mettlayf” sığorta şirkətinin prezidentidir, ABŞ-ın ən böyük korporativ şirkətləri “Mettlayf”ın müştəriləridir. Sərvəti 25 milyard dollardır. Hər il  ABŞ-da erməni lobbiçiliyinə milyon dollar pul xərcləyir.

1. Kirk Kerkoryan, ABŞ. Kerkoryan barədə arayışda heç bir məlumat verilmir amma.

Diktor bunu söyləyib hakimlərə sarı baxdı. Baş Hakim dərhal söz götürdü:

-Bunun səbəbi var. Digər 9 milyardçıdan fərli olaraq hazırda bizim Axirət dünyasında yaşayan, 5 il öncə bura təşrif buyurmuş Kirk Kerkoryan Divanı qurulacaq 17 təqsirləndiriləndən biridir. Onun haqqında söhbətimiz geniş olacaq. Bəs hazırda adları sadalanan digər erməni milyardçıları barədə arayış niyə oxundu, soruşacaqsınız. Ona görə ki, bu şəxslər erməni lobbiçiliyinə, erməni xeyriyyə təşkilatlarına milyonlarla pul xərcləyirlər. Amma bu pullar Ermənistan dövlətinin çiçəklənməsinə, erməni xalqının rifahına yox, erməni millətçilərinin əlinə keçərək saxta erməni tarixinin təbliğatına, militarizmə, terror və işğalçı müharibələrə xərclənir. Əlbəttə, Divan birbaşa cinayətdə əli olmayan bu şəxsləri müttəhim elan edə bilməz, amma biz öz səlahiyyətimizdən istifadə edərək həmin 9 nəfəri şiddətli tənbeh eləyir, qınağa tuş qoyuruq! Hamılıqla onlara səslənirik, cənablar, qazandığınız pulları həqiqətən işıqlı işlərə xərcləyin, zülmət işlərə deyil!

Tamaşaçılar Baş Hakimi alqışladılar, o, alqış səsləri səngiyəndə ilk içlas gününü hər halda yekunlaşdırmağa müvəffəq oldu:

-Möhtərəm izləyicilərimiz, erməni millətçiliyinə qurulan Divanın ilk günü – hazırlıq iclasını nəhayət ki, bitmiş elan edirəm. Sabah bizi ilk proses gözləyir, ona görə də sizi çox yormayaq, gedin evlərinizə, istirahət edin, sabahsa səhər ertədən sizi burada görməyə şad olacağıq. Xoş axşamlar.

Yerbəyerdən “xoş axşamlar” səsləri gəldi, insanlar yerlərindən durub çıxışa doğru yönəlməyə başladılar.

 Müzakirələr gedir, ilk proses gününün ayrı-ayrı məqamlarına hərə bir cür münasibət bildirirdi.

Çox qısa bir vaxtda Baş Meydan tam boşaldı, oranı səssizlik öz qoynuna aldı. Tezliklə qaranlıq da çökdü.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)