Vüsalə Fərzullayeva: “Nida qoyub gedəcəm!”

Rate this item
(0 votes)

ÖZÜNƏNAŞİR rubrikasında sosial mediada paylaşılan tanınılmayan imzaların ən maraqlı bildiyimiz şeirlərinin dərcini davam etdiririk. Növbədə 3 bəndlik şeiri ilə Vüsalə Fərzullayevadır. 

 

Bir təşəkkür məktubu 

Yazıb, vida edəcəm.

"Nə yaxşı sonluqlar var!"

Nida qoyub gedəcəm!

 

Özümlə aparacam

Bütün xatirələri.

Arzuyla yaşadığım

Bütün sənli günləri...

 

Yağış dili danışıb,

Külək səsli güləcəm.

Dünyanin cod əlindən,

Əllərimi üzəcəm...

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)