Eldar Əhədovun küləkdə eşidilən səs barədə nağıl kitabı Bostonda

ABŞ-da, Bostonun Prodigy Published nəşriyyatında Rusiyada yaşayan azərbaycanlı yazıçı, AYB-nin fəxri üzvü Eldar Əhədovun elektron versiyada “About the voice in the wind" (Küləkdə eşidilən səs barədə) nağıl kitabı işıq üzü görüb. İngilis dilinə kitabı beynəlxalq tərcümə bürosu "Corefeey”in əməkdaşı Lily Berkush çevirib. Kitabın ön sözünü Kembric professoru Riçard Baumgarten yazıb.