Musa Yaqub barədə “Tərəddüdün yaşıdı” kitabı işıq üzü görüb

Musa Yaqubun həyat və yaradıcılığı haqqında Fərid Hüseynin sözügedən kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb. Bu kitabı yazdığı
 müddətdə Fərid Hüseynə şairin ailəsi Musa Yaqubun arxivini etibar edibmiş, şairin bəlli irsi ilə yanaşı, o saysız materialları da oxuyub. Ona görə də şairin həyat və yaradıcılığı barədə xeyli məsələlər ilk dəfə bu kitabda yer alıb.