Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərçivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirib. Təqdimatda BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic, bu ölkənin sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Kitab Azərbaycan Respublikası Prezidentinin bu ilin Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması ilə bağlı Sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin tərəfindən çap olunub. Nəşrdə əksini tapan illüstrasiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilib.