Ramiz Qusarçaylının “Vətən” kitabı nəşr olunub

Görkəmli şair Ramiz Qusarçaylı əsl vətəndaş poeziysı sərgiləyir, onun  müqəddəs Vətən sevgisindən qaynaqlanan, könül duyğularını və poetik düşüncələrini məharətlə tərənnüm edən “Azərbaycan bayrağı” şeiri mükəmməl bir poeziya nümunəsidir. 

Ramiz Qusarçaylının Vətən sevgisi ilə dolub-daşan “Vətən” adlı poeması da bu müqəddəs amala xidmət edir. 

Şairin “Vətən” poemasını ədəbi tənqid  “Azərbaycan” jurnalında dərcindən sonra müasir poeziyamızın ən böyük uğurlarından biri kimi dəyərləndirir və vətən tarixini tərənnüm edən ədəbiyyatımızın ən gözəl nümunələrindən biri hesab edir.

Bu günlərdə isə “Mücrü” nəşriyyatında poema kitab halında çapdan çıxmışdır. 

Kitabın redaktoru Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. 

Ön sözün müəllifi Tarix elmləri doktoru, professor, şair Şahin Fazildir. 

Rəy müəllifləri Millət vəkili, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Bünyadov, AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Tarix elmləri doktoru, professor, respublikanın əməkdar jurnalisti Qafar Cəbiyev,

İqtisad elmləri doktoru, professor, yazıçı Əlibala Məhərrəmzadə və Tarix elmləri doktoru, professor, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlidir.

Kitabın geniş oxucu kütləsi tərəfindən seviləcəyi şübhəsizdir.