İnanılmaz! Villi Villiam Bakıya gəlir Featured

Bu dünyaşöhrətli musiqiçi də musqiq paytaxtına çevrilmiş Bilgəh “Sea Breeze”ində konsert verəcək

 

Bəli, əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ, fransız Villi Villiam Bakıya gəlir. O, avqustun  25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində

 “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.

 

Bəli, yay dövrü “Sea Breze” sözün həqqiqi mənasında ölkənin musiqi paytaxtına çevrilib və bu isti 25 avqust axşamı dahi müğnninin gəlişi ilə yayın ən unudulmaz anına çevriləcək. 

Hər yerdə sevilən dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcəyi şəksizdir. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.

Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir. 

Onu da qeyd edək ki, 1981-ci il təvəllüdlü musiqiçi qarışıq nikahdan dünyaya gəlib, atası fransız, anası yamaykalıdır. Atası Fransanın dünyaya bəxş etdiyi musiqi ulduzu Co Dassenin, anası Yamaykanın dünyaya bəxş etdiyi musiqi ulduzu “Boni M”in fanatı olan və dərin musiqi duyumuna malik ailədə böyüyən Villi hazırda olduqca yüksək musiqi duyumuna malikdir, məhz buna görə də multi-platin prodüsser adını daşıyır. 

 

Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.

Bütün bu gözəl anları isə bakılılar üçün Emin Ağalarov təşkil edir. Alqışlar!

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)