TOP 10. Adi insanı uğurlu insana çevirən ən yaxşı kitabların reytinqi. Featured

 

Həyatda uğur qazanmaq üçün kitabların, mütaliənin böyük rolu var. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğu məlumdur. Belə faydalı kitabların bir çox reytinqləri müəyyənləşdirilib. Yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadə özünün “Ev tapşırığı. Uğur düstürunu tapmalı” adlı kitabında bu cür reytinqlərin əsasında mütləq bir reytinq hazırlamışdır, ən çox qeyd edilən kitabları iki onluqda sıralamışdır. “Ədəbiyyat və incəsənət” portal sizə bu reytinqlərdən birincisini təqdim etmişdi, indi ikincini təqdim edir. Birinci reytinqdə biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablar yer almışdı. İndi isə, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar 10 kitab təqdim olunur.                             

 

Uğur yolunu göstərən kitablar

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat».

 

2.Robin Şarma. «Titulsuz lider».

 

3.Bodo Şefer. «Qaliblərin qanunları».

 

4.Tom Piters. «Özünü brendə çevir».

 

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür».

 

6. Marşal Qoldsmit. «Başından uca tullan».

 

7. Brayan Treysi. «Maksimuma çatmaq».

 

8. Devid C.Şvarts «Masştablı düşünmək sənəti».

 

9. Norman Vinsant Ril. «Pozitiv düşüncənin gücü».

 

10. Kennet Blanşar «Bir dəqiqəyə menecer olmaq».

 

İndi isə sizə hər bir kitabın annotasiyasını təqdim edirik:

 

1.     Entoni Robbins. «Özündə nəhəngi oyat»

 

Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!

 

«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.

 

Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»

 

Oxuculara onu da söyləyək ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...

 

Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu  da görmək olar, əziz oxucular.

 

2.     Robin Şarma «Titulsuz lider»

 

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

 

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşırıq.

 

3.     Bodo Şefer. «Qaliblərin qanunları»

 

Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.

 

Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.

 

Qalib olmaq üçün, əziz oxucular, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!

 

4.     Tom Piters. «Özünü brendə çevir»

 

TomPitersinbubestsellerində keçiddövrünü necə keçirməkqaydaları, «uğuradöğruyoldamüvəffəqiyyətə necə köklənməli», «xaraktercə və fizikicəhətdənnecə güclənməli» kimisuallarıncavabları verilib. TomPitersbəyanedirki, get-gedə cəmiyyətlərdəyişəcək, ağ yaxalıqlı ofisvə idarə işçilərinə birazdanehtiyacqalmayacaq, fərdin çəkisiartacaq, fərdçilikmeydansulayacaq, busəbəbdəndə fərdolaraqhərbirkəs özünü gələcəyə hazırlamaqçünbirbrendə çevirməlidir.

 

TomPitersindevizidə maraqlıdır: «Aylıqəməkhaqqınagüvənibdüşünmə, qazanacağıngünəmuzdagüvənibdüşün

 

5.     Con Maksvell. «Uğurlu insanlar necə düşünür»

 

Həmdə korporativinkişafvə şəxsiyyətməsələləri üzrə məşhurnatiqolanbumotivasiyaspikeridüzgün, məhsuldardüşüncə tərzinə malikolmağı uğurqazanmaqyolundaənvacib şərthesabedir.

 

ConMaksveliddiaedirki, eqoisto şəxsdeyilki, özü barədə çoxdüşünür. Eqoisto şəxsdirki, başqaları barədə azdüşünür.

 

Onunaləmində düzgündüşüncə tərzinə malikolmağınbirneçə yoluvar:

 

- Çalışınki, sizinsözlərinizlə işlərinizheç zamanziddiyyəttəşkiletməsin.

 

 - Xırdahesabetdiyinizhərəkətinizbaşqalarına çoxağırtəsiredə bilər. Çatılmış qaşlarəvəzinə gülümsəməyinizlə sizkiminsə gününü bayramadöndərə bilərsiniz.

 

 - Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.

 

 - «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!

 

 - Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.

 

 - Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.

 

 - Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.

 

 - Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.

 

 - Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər.  – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.

 

İstəkli oxucularımıza onu da söyləyək ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.

 

6.     Marşal Qoldsmit «Başından uca tullan»

 

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

 

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

 

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

 

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

 

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

 

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb. «The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

7.     Brayan Treysi: «Maksimuma çatmaq»

 

Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.

 

Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.

 

«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.

 

8.     Devid C.Şvarts «Masştablı düşünmək sənəti»

 

Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.

 

Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.

 

9.     Norman Vinsent Pil «Pozitiv düşüncənin gücü»

 

Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100%  işləyir.

 

Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.

 

Əziz oxucular, gəlin onlardan bəzilərinə diqqət edək:

 

 - Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna  kəsb etmir. Məna kəsb edən -  sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.

 

 - Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.

 

 - Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.

 

 - Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.

 

 - Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.

 

     10. Kent Blanşar. «Bir dəqiqəyə menecer olmaq»

 

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

 

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

 

Kennet Blanşarın olduqca gözəl kəlamları var, diqqət edin:

 

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 

 - Hər bir insan potensial qalibdir.

 

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

 

***

 

  Əziz oxucu. Biz sizə uğur qazanmaq sirlərini açan yüzlərlə, minlərlə kitablar arasında seçdiyimiz 20 kitabı təqdim etdik. Onları mütləq oxumağınız məsləhətdir. Ümumiyyətlə, kitab oxumaq vacib bir məşğuliyyətdir. Kitablar insanı kamilliyə aparır. Uğura yol isə, şübhəsiz, kamillikdən başlayır.

 

Bu yerdə Robin Şarmadan bir gözəl sitat gətirmək istəyirik: «Sənin beş ildən sonra necə biri olacağını iki əsas faktor müəyyənləşdirir: sənin ünsiyyətdə olduğun insanlar, bir də sənin oxuduğun kitablar!»

 

Haydı, kitabxanalara, kitab mağazalarına, əziz oxucularımız!