Ədəbiyyat Fondunun Güney Azərbaycan ədəbiyyatının təbliği layihəsi növbəti mərhələyə qədəm qoyur Featured

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsi son bir ildə böyük oxucu auditoriyası toplayıb və hər iki Azərbaycanda sevilərək izlənilir. Layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.

 

Əli Çağlanın açıqlamasına görə, güneyli yazarlar layihəyə böyük maraq göstərirlər, dərc edilmək sırasını gözləyirlər. Məsələn, şair xanım Məhdiyə Mehraci şeirlərini farsca yazırmış. Bu layihədən həvəslənərək o da Azərbaycan dilində şeirlər yazmağa başlayıb. Əlbəttə ki, bu, çox əhəmiyyətli nəticədir. 

İyul ayından layihə ikinci mərhələyə qədəm qoyur. İlk mərhələdə Güney Azərbaycanın Təbriz, Urmiya, Xoy, Zəncan, Muğan, Mərənd, Qaşqay və digər şəhərlərində yaşayan 50 yazarın təqdimatı nəzərdə tutulurdusa, təqdim edilən yazarların sayı daha çox - 68 oldu. İyuldan gələn ilin bu vədəsinədək daha 50 yazar Quzey Azərbaycan oxucularına təqdim olunacaq. 

Orfoqrafiyasına toxunulmadan təqdim edilən ədəbiyyat nümunələri ləhcə şirinliyi ilə, habelə yüksək ədəbi-bədii keyfiyyəti ilə seçilir. Nədir Güney Azərbaycan yazarlarımızın əsas mövzusu? Vətən sevgisi, azadlıq hayqırtıları, insan və Yaradan, mənəvi dəyərlərə tapınmaq, sevgi - bunlar güneylilərin əbədiyaşar mövzularıdır. 

Layihədə iştirak edən güneyli soydaşlarımz aşağıdakılar olub: 

1. Araz Asif

2. Arda Xani

3. Arğın Paşa

4. Atila Ərfəyi

5. Aydın Sabah

6. Aynar Təbrizli

7. Behruz Sədiq

8. Bəxtiyar Nizami

9. Dərviş Təbrizli

10. Elnaz İslamvənd

11. Əbasət Purhəsən

12. Əli Cavadpur

13. Əli Çağla

14. Əli Rəştbər

15. Əmin Əhəryar

16. Əmin Hacılı

17. Fəriba Mürtəzayi

18. Hadi Qaraçay

19. Həkimə Babakişizadə

20. Həsən Babayi

21. Həsən Umudoğlu

22. Hümmət Şəhbazi

23. Hüseyn Səlahlı

24. Xan Sənəm

25. Xosrov Barışan

26. İlqar Müəzzinzadə

27. İsmayıl Pilpayə

28. Kamil Qəhrəmanoğlu

29. Qəfur İmamizadə

30. Mehdi Qəmsiz

31. Mehdi Səhəndi

32. Mehdi Sırdaş

33. Məhdiyə Mehraci

34. Məhəmməd Çalğın

35. Məhəmmədrza Ləvayi

36. Məhsa Əbdüləlizadə

37. Məmməd Quruçay

38. Mərcan Mənafzadə

39. Məryəm Gözəli

40. Məryəm Qurbanzadə

41. Məryəm Səfəvi

42. Məsum Cabbarpur

43. Mustafa Şeyxpur

44. Müjqan Siyami

45. Nuriyyə Lövh

46. Oğuz Məhəmmədikiya

47. Ramin Behzad

48. Ramin Yaşar

49. Rəhim Təkin

50. Rəsul Qədiri

51. Ruqiyyə Kəbiri

52. Rza Nuri

53. Sara Turi

54. Sevər Şəhabi

55. Səhər Barani

56. Səhər Xiyavlı

57. Səid Muğanlı

58. Səid Sadiqifər

59. Sürəyya Xəliq Xiyavlı

60. Şahin Muradi

61. Şəhram Gülkar

62. Tohid Namvər

63. Vəhid Məlek

64. Vida Heşməti

65. Vüqar Nemət

66. Yalçın Türkay

67. Yunus Səfdəri

68. Zaman Paşazadə.

Güneyli yazarlara tribuna vermək onların haqq səslərini ucaltmalarına yardımçı olur, bu da günümüz üçün çox vacibdir. 

Qoy Təbrizin gözü yolda qalmasın, mənəvi körpülərimiz daha da möhkəmlənsin. 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)