"Sirlər Xəzinəsi" intellektual müsabiqəsinin qalibləri mükafatlandırılıb

15-19 dekabr tarixlərində baş tutan "Sirlər Xəzinəsi" intellektual müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Fərid Abiyev, Ağaəli İsgəndərov və Həsən Abbaslı qaliblər kimi qiymətli hədiyyələrlə təltif olunublar. 

Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən GəncApp mobil tətbiqi üzərindən təşkil olunmuşdur.