Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək

 

Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək.

 

Belə ki, püşkatmanın nəticəsinə görə Azərbaycan təmsilçisi mayın 12-də səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Qeyd edək ki, builki müsabiqə İtaliyanın Turin şəhərində keçiriləcək.

Azərbaycanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib.