Dünya memarlıq inciləri: Boliviyada Freddi Mamaninin tikdiyi ekstravaqant binalar

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Cənubi Amerikaya - Boliviyaya keçid alacağıq. Foto Boliviyanın nömrə bir memarı sayılan Frdeddi Mamaninin paytaxt La Pas şəhərində tikdiyi binaları əks etdirir. İık baxışda əsla binaya bənzəmir, nəsə bir müxtəlif rəng qammasıdır sanki.