“Çiçəklər” qanuni sahiblərinə qaytarıldı

 

Müəlliflik hüququ Belçikanın Kral İncəsənət Muzeyinə məxsus olan Lovis Korintin “Çiçəklər” rəsmi öz qanuni sahiblərinə qaytarılmışdır. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

Əsərin qanuni sahibləri isə Qustav və Emma Mayerin varisləridir. 40-cı illərdə faşistlərin qorxusundan Almaniyadan qaçan ər-arvad evlərindəki bu bahalı əşyanı özləri ilə apara bilməmişdilər, faşistlər rəsm

əsərini müsadirə etmiş, sonradan rəsm  əsəri nə yollasa Belçika muzeyinə düşmüşdü.

Beləliklə, Mayerlər birdən-birə hədsiz varlanmışlar. Rəsmin qiyməti milyonlarla avroyla ölçülür.