Soltan Soltanlı finalçı olduğu Water river people karikatura müsabiqəsi başa çatıb Featured

İstedadlı karikaturaçı rəssam Soltan Soltanlı beynəlxalq aləmdə ölkə mədəniyyətimizi layiqincə təmsil etməkdədir. Bu günlərdə o, 

Bolqarıstanda keçirilən beynəlxalq yarışmanın finalçısı olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Soltan Soltanlıya müraciət edərək məlumat alıb ki, söhbət Bolqarıstanda keçirilən “Water river people” (çay suyunun insanları) adlanan 1-ci Beynəlxalq Karikatura müsabiqəsindən gedir. Həmyerlimiz ələmə və ilkin turları adlayaraq prestijli müsabiqənin finalçısı olub.

 

Müsabiqənin qalibi polşalı rəssam Jacek Fraşkevic olub. Onun çəkdiyi saqqalı dalğa, burnu yelkən olan dənizçi rəsminə münsiflər yekdilliklə qalibiyyət veriblər. 

Həmin rəsmi qapaq şəklində yerləşdirmişik, diqqət edə bilərsiniz. 

İkinci yeri braziliyalı Ruk Souza tutub.

Üçüncü yeri isə bolqar Toço Peev tutub.

Yeri gəlmişkən, mütəxəssislərin fikrincə ən yaxşı iş Həvəsləndirici mükafata layiq görülən ispan Asier Sansın işi olub.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)