“İnsanların ikiüzlü olmağı sizi hələ də çaşdırırsa, demək ki, yaxşı adamsınız” – Tomas Eliot Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Tomas Eliotun aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

 

Tomas ELİOT:

 

Hər şeydə İlahi Zəkanın izləri göründüyü halda, insanların əksəriyyəti öz zəkalarına güvənirlər...

***

İnancsız adamlar, ən nəhayət, görəcəklər ki, yaşamaqlarının heç bir faydası yoxdur.

***

Bir heyvanı sevsəniz, o da sizi sevər... Bir insanı sevsəniz, bax onu bilmirəm – nə edəcəyi bəlli olmaz...

***

...Baxma sən hər kəsin elə bəxtəvər görünməyinə; vicdan deyilən bir yer var və orada hər kəs günahkardı...

***

...Çevrəndəki insanlar susacağı, danışacağı və duracağı yeri bilmirlərsə, sən onlara doğru artıq addım atmısan... Bir az geri çəkil...

***

Lüzumsuz peşmanlıqlar yaşamamaqçün, yaxşısı, insanlarla bir az məsafə saxlamaqdır.

***

İnsanların ikiüzlü olmağı sizi hələ də çaşdırırsa, demək ki, yaxşı adamsınız.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)