“Yaxın bildiyin insanı yaxşı tanımaq üçün hərdən onu özündən uzaqlaşdır” - Aforizmlər xəzinəsindən Featured

“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Yaltağın arzusu özünə də yaltaqlananın olmasıdır.

2.Sonda dostluğunda tək Allah qalıbsa, deməli, həyatı düzgün dərk etmisən. 

3.Uyğun gəlməyin hələ yerində olmağın demək deyil.

4.Həyatda pulla alına bilməyəcək şeylərin siyahısı getdikcə daralır.

5.Səndən nəsə asılıdırsa, deməli, yaxşılıq etmək şansın var.

6.Yaxın bildiyin insanı yaxşı tanımaq üçün hərdən onu özündən uzaqlaşdır.

7.Qədərsiz sağlamlığın sirri hər şeydə qədər gözlə­məkdir.

8.Ağıllı insanla ünsiyyətdə qulaq asmaq ləzzəti danışmaq həvəsini üstələyir.

9.Özü ilə səmimi ola bilməyən insanla səmimi olmağa cəhd etməyin.

10.Hər gün sevinmək üçün bəhanələr axtarsan, qalan yaxşılıqlar da bəhanələr axtarıb səni tapacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)