Səfalət, çirk, üfunət… Qahirə ümidləri doğrultmadı Featured

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-in sədri, yazıçı Şəmil Sadiqin Misirə səfəri  barədə qeydlərini dərc edir. 

 

Misirlə bağlı ilkin bir-iki fikrimi bölüşüm, bəlkə, lazımınız olar.. 

 

1. İki şəhərində olmuşam hələlik, Şarm Əl Şeyx və Qahirə.

Şarm Əl Şeyxə Yəhudi əli dəyib, ona görə də Qırmızı dənizin sahilində kiçik, amma bu gün çox tanınmış bir turizm şəhəridir! Səliqəli, bahalı otellər, hərşeydaxil dəniz turizmi bildiyiniz. Amma heç bir halda xidmətdə Türkiyəyə çatmaz! 

 

2. O gözəlim Qahirə, heç bir yanı ilə təsəvvürlərimi qarşılamadı! Kasıbçılıq, çirklilik, gerilik, miskin bir şəhər! Halbuki Nəhəng pramidaların, böyük Fironların yurdu olmuşdur! İndi isə geridə qalmış, səfil, baxımsız bir ərəb-şərq şəhəri. Misir Tarix muzeyində, Papirus muzeyində, ehramlarda oldum! Təsəvvür edirsiniz nə qədər ürəkağrıdlcı mənzərə idi! Ehramların xarabalıqlarına çevrilib hər yan sanki! Əllərində olan bu möhtəşəm tarixdən heç bir şəkildə yararlana bilmirlər, bizim 90-cı illərin 28 May metrosunu xatırladır sanki buralar. Restoran xidməti bərbad! Küçə ticarəti, turistlərin bir dollarına göz dikən alçalmış və sırtılmış şəxslər addımbaşı nəsə satmaq üçün dilənçilik edir.

 

3. MDB  ölkələrinin turizm məkanıdır sanki. Demək olar ki, bütün xidmət sahələrində çalışanlar rus dilində danışır, turistlərin də 80/90%-i rusdillidir! Bu baxımdan azacıq rus dili bilən üçün o qədər də problem olmur.

 

4. Bütün bələdçilər həm də yaxşı fotoqrafdır, Ehramın başından tutaraq, başına daş düşürmüş kimi fərqli pozalarda şəklinizi çəkməyi çox yaxşı bacarırlar.

 

5. Ermənilərin də çox tez-tez gəldiyindəndir, nədəndir, bilmədim, hər görən ərəbin ilk sualı, Armeniyan? olur qafqazlılara. Bir neçə dəfə buna görə əsəbiləşdim də hətta.

 

6. Nil çayının sahilləri sanki Qanq çayının sahilləri idi, iy, üfunət və sairə..

 

7. P.S. Bütün bunlara baxmayaraq, o fironların xaraba qalmış möhtəşəm əsərlərini görməyə dəyərdi! Dincəlmək istəyirsinizsə, elə sadəcə Şarm Əl Şeyxdə qızmar günəş altında dincəlmək nəyə desən dəyər…

Qarşıda Lüksor şəhəri gəzintimiz var, maraqlı olsa, onu da yazacağam.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)