Apreldə yağıntı normadan yüksəkdir

Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından əsasən 1-2º yüksək, ötən ilin göstəricilərindən 3-5º aşağı olması ilə səciyyələnib.

 

“Ədəbiyyat və incəsənət” portalı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsaslandı. 

Havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 10,2º, Naxçıvanda 12,3º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 12-13º, Şəki-Zaqatala, Lənkəran-Astarada 9-12º, Qubada 8º, Dağlıq Şirvan bölgəsində 8-9º, Gəncədə və Goranboyda 11-13º, Gədəbəydə 7º, Ceyrançöldə və Tovuzda 11-12º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəydə -3º, Naxçıvanda -2º, Qubada və Şamaxıda -1º, Qəbələdə və İsmayıllıda 0º, Şəkidə 1º, Zəngilanda və Cəfərxanda 2º, Maştağa, Lənkəran, Tovuz, Ceyrançöldə 3º, Gəncə-Qazaxda 4º, Bərdə Tərtər və Mərkəzi Aranda 5º və Acınohurda 7º qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)