Əsas odur ki, əliniz işdən soyumasın Featured

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir.

 

 

İstehsalat planı - Bu bölümdə sizin firmada olacaq bütün istehsalat və işçi prosesləri təsvir edilməlidir. Burada siz tutduğunuz binalar, onların yerləşməsi, avadanlıq, personalla bağlı məsələləri nəzərdən keçirməlisiniz. Bundan başqa, bu fəsildə prosesə planlaşdırdığınız subpodratçıların cəlb edilməsinə də diqqət ayrılmalıdır.

İnvestorları həmişə bir sual maraqlandırır: biznes öz məhsulu və ya xidmətinin keyfiyyətinə necə təminat verəcək. Ona görə də siz məhsulun istehsal sisteminin necə təşkil olunduğunu və istehsal prosesləri üzərində nəzarətin necə həyata keçirildiyini qısa şəkildə izah etməlisiniz.

 

İdarəetmə personal - İnvestisiyalar biznes-plana deyil, konkret insanlar üçün ayrılır. Buna görə bu ən vacib bölmələrdən biridir. Bölmə rəhbər qrupun necə təşkil olunduğunu və onun hər bir üzvünün  əsas rolunu təsvir etməlidir. Böyük olmayan bir firmanın inkişafının ilkin mərhələsində kifayət dərəcədə  balanslaşdırılmış komanda toplayacağı az ehtimal olunandır. Bu səbəbdən də sizin rəhbər qrupun həm güclü, həm də zəif tərəflərinə diqqət etmək düzgün olardı.

Bu bölmədə sizin partnyorlar, onların imkan ve təcrübəsi haqqında da məlumat olmalıdır. Partnyorların nailiyyətlərinin siyahısını tərtib edin, bu, onların biznes-planda nəzərdə tutulmuş məqsədləri əldə etmək qabiliyyəti haqqında qənaətə gəlməyə imkan verər.

 

Mənbələr və tələb olunan vəsaitin həcmi

 

Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:

·        Tələb olunan vəsaitlərin həcmi;

·        Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq  ehtimalı;

·        Vəsaitin qaytarılma müddəti.

 

Maliyyə planı və risklərin analizi

 

Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.

Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri  «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.

 

Müfəssəl maliyyə planı

 

Siz öz biznes-planınıza detallarına qədər işlənmiş maliyyə planı daxil etməlisiniz. Adətən bu, 3 il üçün tərtib edilir. Planda aşağıdakılar öz əksini tapmalıdır:

·        Satış həcmlərinin proqnozu;

·        Qazanc və ziyanın qiymətləndirilməsi (birinci il hər ay üçün, sonralar hər rüb üçün);

·        İllik balans cədvəli.

 

***

 

 Biznes-planın hazırlanması təxəyyül tələb edən işdir. Bu sənəddə siz olmuşları deyil, gələcəyi təsəvvür və təsvir edirsiniz. Əksəriyyət üçün belə iş, əlbəttə ki, çətindir.

Siz yazıçıları hərdən yaradıcılıq ilhamının tərk etməsi haqqında eşitmisiniz? İfadə aydınlığını və dəqiqliyini itirərkən qarşılaşdığınız problemlər bəzən məşhur yazıçıların da qarşısında durur. Nəzərə alın ki, yazıçılar bəzən yazmağa məcburdurlar, çünki naşir son təhvil vaxtını  müəyyən etmişdir, alınmış avans isə artıq xərclənib. Roma şəhərinin də bir günə  tikilmədiyindən xəbərdar olan və biznes-planın yekunlaşdırılması üçün xeyli vaxtı olan sizlərin isə narahatçılıq üçün heç bir əsası yoxdur. Elə deyilmi? Sizi vaxt qovmursa, demək, nəticəni əldə etməyinizə də ciddi maneə yoxdur.

Əgər hiss edirsiniz ki, nə isə ilişib dayanıb, narahat olmayın. Bu, yaradıcılıq prosesi üçün  tipikdir. Əsas odur ki, əliniz işdən soyumasın. Özünüzü məcbur edin, bir neçə söz yazın, sonra yenə məcbur edin və yazın. Beləcə də davam edin! Qısa müddətdə işinizin planı hazır olacaq. Qənaətbəxş plan varsa, demək, uğura doğru yolun təminatı da var!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)