Ölkənin ən gənc dosentlərindən biri! Featured

“Ədəbiyyat və incəsənət” portalı Şərəf lövhəsi rubrikasında bu dəfə sizlərə ölkənin  ən gənc dosentlərindən birini - 27 yaşında filologiya üzrə fəlsəfə doktoru, 32 yaşında isə dosent elmi adını alan Mehman Həsənlini təqdim edir. 

 

Mehman Həsənli 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr səviyyəsində bitirib, sonra həmin fakültəni Türk xalqları ədəbiyyatı istiqaməti üzrə magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna Türk xalqları ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub və 2017-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərcəsinə yiyələnib. 

2021-ci ildə dosent elmi adını alıb. 

3 monoqrafiya, 2 tərtib, 2 tərcümə kitabının, 70-dən çox elmi və 30-dan çox publisistik məqalənin müəllifidir.

Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktorudur.

Uğurlar diləyirik və fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)