EKSPRESS-SORĞU - Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək istəyərdim Featured

Rate this item
(1 Vote)

Kubra Quliyeva, “Ədəbiyyat və İncəsənət"

 

Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir. 

 

Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz? 

Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?

Ondan hansı sualınıza cavab almaq istəyərdiniz? 

 

MƏNİM CAVABIM:

Mən əslən Novxanılıyam və düzünü desəm,  gözümü açandan bəri başda babam olmaqla bütün ailə böyüklərimdən, ata-anamdan daim həmyerlim olan Məhəmməd Əmin Rəsulzadə haqqında ağız dolusu söhbətlər eşitmiş və yaşım artdıqca eşitidiklərimlə yetinməyib ulu öndəri özüm araşdırmağa başlamışam. Rəsulzadənin həm ictimai, həm siyasi fəailyyəti məni çox təsirləndirsə belə mənim üçün onu özəl edən fəaliyyətlərindən daha çox fədakarlıqları, əlinin əməyi, gözünün nuru ilə əsrəyə gətirdikləridir, bunlara xüsusi heyranlıq duyduğum üçün mənə keçmişdən biri ilə görüşmə imkanı verilsə bu fürsəti ulu öndər ilə dəyərləndirmək istəyərdim.

Düşünülə bilər ki, həm dövlətimiz, həm də xalqımız üçün minlərlə dahi şəxsiyyət canla başla çalışmış və fədakarlıqlar etmişdir, bəs niyə məhz Məhəmməd Əmin Rəsulzadə?Həmyerlim olduğu üçünmü? Təbii ki, xeyr. Əlbəttə həmyerlim olması onu daha yaxından tanımağıma vəsilə olsa belə onunla görüşüb tanış olmaq istəyimin əsas səbəbi ilk istiqlaliyyət kəliməsinin təməlinin məhz özü tərəfindən atılması olmuşdur.

Uıu öndərin məni ən çox təsirləndirən əməli məhz bayrağımız üçün sərf etdiyi əməyi, həyat yoldaşı və anası (istinad etdiyim mənbələr tam ad vermir) ilə birgə gecə-gündüz ay-ulduzlu üçrəngli bayrağı ilmək-ilmək toxuması olmuşdur.

O, öz gündəliyində bayraq haqqında yazırdı ki, öz milliyyətini və dinini bilməyən xalq ayaqda qala bilməz, şəhidini unudanın torpağı Vətən olmaz. 

Tarix boyu hələ Göytürk dövlətindən bu yana mavi rəng türkçülüyü simvolizə etmişdir. Mavi rəngin ardından gələn qırmızı şəhid qanına işarə olmuş və ən sondakı yaşıl rəng islamı dayaq tutan ölkə olmağımızı simvolizə etmişdir. Hətta, o zaman yaxınlarından bir kəsin (adı qeyd olunmur) yaşıl rəngin ən sonda gəlməsinin səbəbini soruşmasına Rəsulzadə öz qeydlərində yazır ki:

"Qoy, bizim türkçülüyümüz və türk qanından olan şəhadətimiz islamı özünə dayaq bilsin. Lakin, biz dini yox dünyəvi dövlətik".

Rəsulzadə bayraqdan əlavə ilk dəfə türkçülük, istiqlaliyyət, müstəqillik şüarlarını irəli çəkən, vahid dili türk dili edən, sosial sahədə islahat keçirib kəndlilərə pay torpağı paylayan, vahid ordu yaradan şəxsiyyət olmuşdur, lakin onun bayrağımız üzərindəki əməyi hər zaman mənim zənnimdə daha üstün təqdir olunub və olunmağa da davam edəcəkdir

Düzü, düşünəndə ki, mənim onunla görüşə biləcək və hətta sual ünvanlaya biləcək bir fürsətim olar, hər nə qədər mümkün olmasa belə xəyalı adəta qəlbimu titrədir və beynimdə saysız-hesabsız suallar canlanır. Ancaq belə bir fürsət olsaydı mən Rəsulzadə ilə məhz 21-ci əsrdə bəşəriyyətin sivilizasiyalaşmasının ən zirvəsində qarşılaşmaq istəyərdim və ona hal hazırdakı mövcud rejimlə bağlı bir neçə sualım olardı. Verəcəyim suallar saysız-hesabsız olsa belə ən çox Rəsulzadəni indiki dövrdə görüb onun özünü necə hiss etdiyini, cəmiyyətimizdən məmnun olub-olmadığını soruşardım, soruşardım ki, yaşadığı repressiyalara, müqavimətlərə, hətta və hətta ailəsini, doğmalarını itirməsinə belə dözüb qurmağa çalışdığı cəmiyyəti belə təsəvvür etmişdimi?

Dəydimi istiqlaliyyət uğrunda hər şeyi gözə almağa?

Xəyalı ilə sinəsində ilğımlar çağlayan müstəqillik eşqi bu idimi?

Yoxsa indiki cəmiyyətə baxıb güllələnən oğlunuz və sürgündəki qızınıza görə məyusluq hissimi keçiririsiz?

Yaraşdımı bizim göylərdə dalğalanan 3rəngli al yazmalı bayrağımız şəhid tabutlarına?

Biz sizin yanınızda ola bilmədiyimiz insanlardan utanmalıyıqmı?

Mən susum vicdanlar danışsın.

Qələm yazsa belə hiss edilənlər sadəcə qəlbimizi yaralayar.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)