Türklər “Orqanize işler” adlı yeni serial çəkəcəklər

 

SonDakika” xəbər portalı xəbər verir ki, türk aktyoru və rejissoru Yılmaz Ərdoğan “Orqanize işler” filminin 8 bölümlük serialını çəkəcəyini deyib.

Yılmaz Ərdoğan serialın ssenarisi üzərində işlədiyini, aktyor seçimlərinə başlandığını bildirib.

Qeyd edək ki, “Orqanize işler”in ikinci bölümünün aktyor heyətində Yılmaz Ərdoğan, Kıvanç Tatlıtuğ, Ezgi Mola, Rıza Kocaoğlu, Ahmet Mümtaz Taylan kimi məşhur adlar yer almışdı.