Sabah Nizami Kino Mərkəzində Fərda Amin stend-up şousu ilə çıxış edəcək

 

Sabah Nizami Kino Mərkəzində məşhur aktyor və yumorist Fərda Amin “Selfinaz-2” stend-up şousu ilə çıxış edəcək.

 

Fərda Aminin açıqlamasına görə o və həmmüəllif Təvəkkül Mehrəliyev layihə üzərində 5 il işləyiblər. 

Onların fikrincə, yeni tamaşa ölkədə bu janrın yeni mərhələsi olacaq və tamaşaçıların yaddaşında xoş təəssüratlar buraxacaq.