Akademik Milli Dram Teatrı fəaliyyətini müvəqqəti dayandırıb

 

Son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb. 

 

Belə ki, yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.

Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.