“Yuğ” teatrında bu gün “Təklif” tamaşası nümayiş olunacaq

 

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi ilin ilk səhnə əsəri - “Təklif” tamaşasını bu gün - yanvarın 15-də nümayiş etdirəcək.

 

Bu səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcəklər. Səhnə əsəri saat 19:00-da A.Şaiq adına Dövlət Kukla Teatrında nümayiş olunacaq.