ABŞ Kinoaktyorları Gildiyası ən yaxşı aktyorları elan edəcək

ABŞ Kinoaktyorları Gildiyası (Screen Actors Guild Award) yanvarın 12-də "@sagawards" instaqram hesabında canlı yayım vasitəsilə ilin ən yaxşı aktyorlarına iddialı olan namizədlərin adlarını elan edəcək.

Sözügedən mükafat qalibləri üçün rəsmi səsvermə fevralın 25-də başa çatacaq.

Namizədlərin açıqlanacağı canlı yayımın aparıcısı məşhur amerikalı aktrisa və müğənni Vanessa Hudgens olacaq.