Şirvanşahlar Sarayı Kompleksində “Leyli və Məcnun” tamaşası səhnələşdirilib

Bakı Uşaq və Gənclər Teatrının “Günay” Teatr-Studiyası tərəfindən İçərişəhərin tarixi məkanı Şirvanşahlar Sarayı Kompleksində böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Leyli və Məcnun” tamaşası səhnələşdirilib. 

Bu  il “Günay” Uşaq Teatr-Studiyasının gənc aktyorları “Rus Evi”nin təşkil etdiyi müsabiqədə iştirak edib və fəxri fərmanla təltif olunublar. Teatrın gənc aktyorları, həmçinin Azərbaycanlıların Yerli Milli - Mədəni Muxtariyyəti tərəfindən Orenburqda təşkil olunan “Nizami – iki dünyanın əzəməti” adlı müsabiqədə iştirak edib və yer tutub.

Teatrın bədii rəhbəri və rejissoru - Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Larisa Viktorovna Tarusovadır. Mahmud Hüseynov Nizami, Zlata Marina Leyli, Riyad Hüseynov isə Məcnun rolunu ifa ediblər. Tamaşanın xoreoqrafı Fərid Kazakovdur.