Kulis.az" saytına yeni rəhbər təyin olunub

Yazıçı Şərif Ağayarın işdən getməsi ilə əlaqədar “Kulis.az" mədəniyyət saytına yeni baş redaktor təyin olunub. Bu vəzifəni gənc yazar Ulucay Akif icra edəcək.
Ulucay Akif oğlu Məmmədov 14 may 1995-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, bakalavr (2013-2017) və magistratura (2017-2019) üzrə rus bölməsində təhsil alıb.
Ulucay Akif uzun illərdir "Kulis.az" saytı ilə əməkdaşlıq edir. O, mərhum şair Akif Səmədin oğludur.