Elnur Əliyev: “Ermənilərin Qarabağdan çıxardıqları muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik” Featured

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib: “Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür.”
Elnur Əliyevin sözlərinə görə, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq”.