Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Xorvatiya Respublikasına səfərə gedib.
Səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Zaqrebdə keçiriləcək ikinci iclasında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların təmsilçiləri daxildir.
Birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfinin həmsədri bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricdir.
Səfər çərçivəsində nazir Anar Kərimovun Xorvatiyanın paytaxtında bir sıra görüşləri də nəzərdə tutulub.