Sabah Birləşmiş Millətlər Təşkilatı günüdür

 

Sabah, oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. BMT - 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Höküməti"dir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. Baş qərargahı Nyu-York şəhərində yerləşir. BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

 

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.  Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir: Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. Eləcə də BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, BMT-nin Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BMTQAK kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

 

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.